Tomiç: "Qəbələ" bizə 3 top vura bilir, biz onlara vura bilmərik?"

Tomiç: "Qəbələ" bizə 3 top vura bilir, biz onlara vura bilmərik?"

"Çoxları elə düşünür ki, "Qəbələ" artıq finaldadı. Ancaq mən bununla qətiyyən razı deyiləm". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın qapıçısı Vyekoslav Tomiç deyib.

Xorvat qolkiper komandasının finala çıxacağına inanır: "İlk oyunda 0:3 hesablı məğlubiyyət hələ bizim üçün hər şeyin bitməsi anlamına gəlməməlidi. "Qəbələ" evdə bizə 3 top vura bilir, biz evdə onlara 3 top vura bilmərik? Futbolda hər şey mümkündü. Şəxsən mən inanıram ki, finala çıxa biləcəyik".

rekord.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər