İngiltərənin "Çelsi" klubunun idarəçiliyində dəyişiklik baş verib.
Fanat.Az xəbər verir ki, amerikalı iş adamı Todd Boli London təmsilçisindəki bütün səhmlərini sataraq klubla yollarını ayırıb.
Behdad Eqbalinin rəhbərlik etdiyi ("Clearlake Capital") fond 1 milyard funt-sterlinq qarşılığında Bolinin payını satın alıb.
Bu sövdələşmədən sonra "Clearlake Capital" klubun tam nəzarətini öz əlinə keçirib.