AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçir. Fanat.az xəbər verir ki, "Pasuş de Ferreyra"nın düşərgəsində olan mütəxəssis fürsətdən istifadə edərək Premyer Liqanın 2 matçını stadiondan canlı izləyib.
Əhmədov əvvəlcə "Portu" - "Sportinq" (3:0), dünən isə "Belenenseş" - "Pasuş de Ferreyra" (0:1) görüşlərində stadionda olub.
Fanat.az