"Qəbələ" ilə oyunda bacardığımız qədər gözəl oyun nümayiş etdirməyə və qələbə qazanmağa çalışacağıq". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Baş məşqçi bir xalın da onlar üçün pis nəticə olmadığını bildirib: "Bir xal da bizim üçün pis olmaz. Çünki komandanın hər hansı bir uğuru özünəinam hissini qaytaracaq. "Qəbələ" də hazırda yaxşı dövrünü yaşamır, kubokda mübarizəni davam etdirsə də, çempionatda uğursuz zolağa düşüb, əvvəlki oyununu göstərə bilmir. Amma Qəbələdə asan oyun gözləmir".
Fanat.az