Teo Ernandes "Milan"ı tərk etməyə yaxındır - SƏBƏB

Teo Ernandes "Milan"ı tərk etməyə yaxındır - SƏBƏB

"Milan"ın cinah müdafiəçisi Teo Ernandes cari mövsümün sonunda iş yerini dəyişməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, klub rəhbərliyi müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq oyunçu ilə yeni anlaşmanın şərtlərini razılaşdıra bilmir. Mənbə "qırmızı-qaralar"ın idarəçilərinin bu səbəbdən Teonu satmaq variantını uyğun saydıqlarını vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 35 matça çıxan Ernandes 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər