Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

Ötən mövsümü Albaniyanın 1-ci Liqasında keçirən azərbaycanlı qapıçı Elməddin Məmmədovun karyerasını harada davam etdirəcəyi dəqiqləşib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, geridə qalan "futbol ili"nin ilk yarısında sözügedən ölkənin 1-ci divizion komandası "Lüftetari"də, qış fasiləsindən sonra isə eyni liqada daha iddialı komandalardan "Poqradetsi"də keçirən qolkiper Azərbaycanda oynayacaq.

Elməddin 1-ci Liqanın debütantı "Xankəndi" ilə anlaşıb. Tərəflərin 1 illik müqavilə bağlayacağı və klubun yaxın vaxtlarda bu keçidi ictimaiyyətə açıqlayacağı gözlənilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər