Dünən qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı təmsil edən iki komandadan biri – "Telekom” da ilk oyununa çıxıb.
Super Liqanın gümüş mükafatçısı mövsümə İtaliyada start verib. Zoran Qayiçin yetirmələri İtaliya A seriyasının qalibi "Konegliano” ilə qüvvəsini sınayıb.
Oyuna yaxşı başlayan komandamız ilk setdə rəqibi ilə başa-baş mübarizə aparıb. Oyununun gedişində bir neçə dəfə önə keçən "Telekom" sonunda üstünlüyünü qoruya bilməyib. Tərəflərin hər top uğrunda sonadək mübarizə apardığı set 31:29 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Digər iki setdə isə rahat qələbə qazanan italiyalılar matçdan qalib ayrılmağı bacarıblar.
Qadın voleybolçular arasında Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
I tur
14 dekabr
"Konegliano” (İtaliya) - "Telekom” (Azərbaycan) - 3:0 (31:29, 25:14, 25:22)
Hakimlər: Arutro Di Giaçomo (Rumıniya), Andrey Zenoviç (Rusiya)
Trevizo, Palaverde VILLORBA
Fanat.Az