Tellur Mütəllimov daha 2 il "Sabah"da

Tellur Mütəllimov daha 2 il "Sabah"da

"Sabah" klubu müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.

Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.

T.Mütəllimov 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu "Sabah"da ümumilikdə 102 oyun keçirib.

O, "bayquşlar"ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Kubokunun qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər