"Telegraph": "Mançester Yunayted" gənc forvarda 70 milyon ödəyəcək

"Telegraph": "Mançester Yunayted" gənc forvarda 70 milyon ödəyəcək

İngiltərənin "Mançester Yunayted" klubu uruqvaylı hücumçu Darvin Nunesi heyətinə qatmaq istəyir. Fanat.Az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" mərkəz hücumçusuna Edinson Kavani və Kriştianu Ronaldunun xələfi gözü ilə baxır. "Benfika"nın 22 yaşlı forvardı bu il əla formadadır. O, bütün yarışlarda 26 qol vurub və iki məhsuldar ötürmə edib. İngiltərə klubunun uruqvaylı üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilir. Gənc hücumçunu çoxsaylı klubların izlədiyi də vurğulanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər