"Sumqayıt" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Aqil Məmmədov Tagim Novruzovun xidmətindən məhrum olub.
Futbolçu "Xəzər Lənkəran"la oyunda sarı vərəqə limitini doldurub. 48-ci dəqiqədə sistematik qayda pozuntusuna görə cəzalanan Novruzov "İnter"lə oyunu kənardan izləyəcək.
Qeyd edək ki, Tagim 1-3-cü turların "Qarabağ", "Xəzər Lənkəran" və "İnter"lə oyunlarda ardıcıl 3 sarı vərəqə almışdı.
Fanat.az