Tadiçin dili başına bəla oldu - Serbiya millisindən üzr istədi

Tadiçin dili başına bəla oldu - Serbiya millisindən üzr istədi

Serbiya millisinin oyunçusu Duşan Tadiç İngiltərə ilə oyundan sonra söylədiyi fikirlərə görə üzr istəyib. 

Fanat.Az xəbər verir ki, futbolçu özünü millinin ən yaxşı oyunçusu adlandırıb və daha çox oynamalı olduğunu bildirib.

Tadiç açıqlamasına görə komandadan üzr istəməyə məcbur olub. Bu barədə Serbiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. 

"Millinin kapitanı Duşan Tadiç İngiltərə ilə oyundan sonra verdiyi şərhə görə baş məşqçi Stoykoviç və komanda yoldaşlarından üzr istəyib", - qurumun açıqlamasında deyilir.

AÇ-2024-də keçirdiyi ilk oyunda İngiltərəyə 0:1 uduzan Serbiya iyunun 20-də Sloveniya ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər