"Ayaks" hücumçusu Duşan Tadiç ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Niderland klubunun rəsmi saytı yayıb.
32 yaşlı serb futbolçunun 2023-cü ilə qədər olan müqaviləsinin müddəti daha 1 il uzadılıb.
Qeyd edək ki, Tadiç ötən mövsüm "Ayaks"ın heyətində keçirdiyi 51 oyunda 22 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, bir müddət öncə Tadiçin "Milan"da Hakan Çalhanoğlunu əvəz edəcəyi bildirilirdi.
Emin Şəmsiyev