Antalyada təlim-məşq toplanışında olan "Qəbələ"nin heyətində yeni futbolçu var. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin tacik müdafəiçi Davron Erqaşevi sınaqdan keçirir.
Rusiyalı mütəxəssis baxışda olan futbolçuya "Maltepespor"la oyunun start heyətində yer verib. Syomin tacik müdafiəçi ilə bağlı yaxın günlərdə qərar verəcək.
Qeyd edək ki, Erqaşev ötən ildən çıxış etdiyi Qazaxıstanın "Zetisu" klubunda 28 oyun keçirib və 1 qol vurub. 25 yaşlı arxa xətt oyunçusu əvvəllər vətənində "Reqar-TadAZ" və "İstiqlal" klublarının formasını geyinib. O, 2008-ci ildən dəvət aldığı Tacikistan klubunun heyətində 30 oyun 2 qol vurub.
Fanat.az