Syomin "Qəbələ"ni "Spartak"a dəyişəcək?

Syomin "Qəbələ"ni "Spartak"a dəyişəcək?

"Yuri Syominin "Qəbələ" ilə müqaviləsi hələ bitməyib. Onun gedib-getməyəcəyinə isə mövsümün sonunda aydınlıq gələcək". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Rusiya mətbuatı Syominin xidmətində Moskva "Spartak"ının maraqlı olduğunu yazıb. Cari mövsümdə uğursuz çıxış edən "Spartak" ölkə kubokunun yarımfinalında mübarizəni dayandırıb, Rusiya Premyer Liqasının turnir cədvəlində isə hələlik beşinci pilləni tutur. Uğursuzluq səbəbindən martın 18-də istefa verən Valeri Karpinin yerinə müvəqqəti olaraq Dimitri Qunko təyin olunub. Ancaq o da komandanın çətin vəziyyətdən çıxara bilmir. Rusiyalı jurnalistlər hesab edir ki, Syomin “Spartak”ı uğursuzluq zolağından çıxara bilər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər