Syomin "Qəbələ"ni debütanta dəyişdi

Syomin "Qəbələ"ni debütanta dəyişdi
"Qəbələ"dən ayrılan Yuri Syominin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, rus mütəxəssis karyerasını vətənində davam etdirəcək.
Belə ki, Syomin "Mordoviya" ilə anlaşıb. Bu barədə Saransk klubunun rəsmi "Twitter" səhifəsi xəbər yayıb. Xəbərdə bildirilir ki, komandanı elitaya vəsiqə qazandıran ukraynalı məşqçi Yuri Maksimovla müqavilə mövsüm başa çatdıqdan sonra pozulub və əvəzində Syominlə razılıq əldə edilib.
Qeyd edək ki, "Mordoviya" Rusiyanın I dəstəsinin yekunlarına görə 1-ci yeri tutub. Saransk klubu növbəti mövsümdən Rusiya Premyer Liqasında çıxış edəcək.
Syomin 2013/14 mövsümündə "Qəbələ"yə başçılıq edib. Komanda tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarını və Avropa Liqasına vəsiqə qazandıran mütəxəssis kubokun finalında da oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər