“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına yeni açıqlama verib. Fanat.az-ın məlumatına görə, rus çalışdırıcı Nijeqorod “Volqa”sının 33 yaşlı futbolçusu Dmitri Bulıkinin xidmətində maraqlı olmadığını bildirib:
“Əvvəla Bulıkinin öz klubuyla müqaviləsi var. Bundan başqa, “Qəbələ”yə hazırda əcnəbi yox, yerli futbolçular lazımdı. Legionerlərimiz çoxdu. Ümumiyyətlə, heç transfer dönəmi də deyil. Əmin ola bilərsiz, onun xidmətində maraqlı deyilik”.
Fanat.az