Syomin Qəbələyə nigeriyalı hücumçu gətirir

Syomin Qəbələyə nigeriyalı hücumçu gətirir

“Qəbələ”nin yeni baş məşqçisi Yuri Syomin Rusiyanın “Kuban” klubunun hücumçusu Abdulvahid Afolabini komandasına gətirmək istəyir. Azerisport.az xəbər verir ki, bu barədə Syominin meneceri Dmitri Seyluk məlumat verib:

“Syomin Afolabini “Qəbələ”də görmək istəyir. O, belə hesab edir ki, bu hücumçu Azərbaycan çempionatında həmişə oynaya, qol vura bilər”.

Qeyd edək ki, Afolabi 1991-ci ildə anadan olub. Nigeriyalı forvard Rusiya klubunda cəmi iki oyun keçirib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər