Syomin fransalı futbolçunu "Qəbələ"dən qovdu

Syomin fransalı futbolçunu "Qəbələ"dən qovdu
"Qəbələ"nin baş məşqçi Yuri Syomin bir futbolçu ilə bağlı sərt qərar qəbul edib. Fanat.az xəbər verir ki, rusiyalı mütəxəssis Yannik Kamananı əsas komandadan qovub.
Klubun baş meneceri Zaur Əzizov bildirib ki, Kamananın əsas komandadan kənarlaşdıriılmasına lazımı formada olmaması və intizam qaydalarını pozması səbəb olub. Onun əvəzedici heyətlə məşq etməsi və klubdan ümumiyyətlə qovulması ilə bağlı yekun qərar sabah veriləcək.
Fanat.az Kamananın yayda "Qəbələ"dən göndəriləcəyi ilə bağlı xəbəri bir müddət əvvəl yaymışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər