Super Liqa: "Beşiktaş"dan xal itkisi

Super Liqa: "Beşiktaş"dan xal itkisi

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Alanyaspor” evdə “Samsunspor”a, “Trabzonspor” isə səfərdə “Konyaspor”a uduzub. “Beşiktaş” da “Karagümrük”lə ev oyununda xal itirib.

Hazırda 74 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 67, “Trabzonspor” 65, “Beşiktaş” 56, “Başakşəhər”lə “Göztəpə” 51 xal toplayıb.

Türkiyə Super Liqası 31-ci tur 24 aprel

Başakşəhər – Kasımpaşa 4:0 Qollar: Şomurodov, 5; 87. B.Yıldırım, 22. Selke, 81.

25 aprel

Eyüpspor – Qaziantep 3:0 Qollar: U.Bozok, 62. R.Yao, 65. M.Altunbaş, 78.

Kayserispor – Rizəspor 2:0 Qollar: Çalov, 79. Benes, 88.

Göztəpə – Antalyaspor 2:0 Qollar: J.Santos, 1. A.Kurtulan, 22.

26 aprel

Gənclərbirliyi – Kocaelispor 1:0 Qol: M.Mimaroğlu, 34-pen.

Qalatasaray – Fənərbağça 3:0 Qollar: Osimhen, 40. B.A.Yılmaz, 67-pen. L.Torreyra, 83.

27 aprel

Alanyaspor – Samsunspor 2:3 Qollar: G.Yalçın, 90+6. Elia, 90+7 – E.Tavşan, 37. Ntçam, 39. Marius, 90+1.

Beşiktaş – Karagümrük 0:0

Konyaspor – Trabzonspor 2:1 Qollar: B.Kutlu, 32; 39 – F.Auqusto, 79.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər