Super Liqa: "Beşiktaş" "Eyüpspor" səddini keçə bilmədi

Super Liqa: "Beşiktaş" "Eyüpspor" səddini keçə bilmədi

Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Eyüpspor” evdə “Beşiktaş”la qarşılaşıb. Məhsuldar keçən matçda qalib müəyyənləşməyib.

Hazırda 46 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 43, “Trabzonspor” 41, “Göztəpə” 36, “Beşiktaş” 33, “Başakşəhər” 29 xal toplayıb.

Türkiyə Super Liqası 19-cu tur 23 yanvar

Trabzonspor – Kasımpaşa 2:1 Qollar: Onuaçu, 51. Zubkov, 84 – Diabate, 61.

24 yanvar

Kayserispor – Başakşəhər 0:3 Qollar: Selke, 35-pen. R.Çivelek, 67-öz qapısına. Da Kosta, 86.

Samsunspor – Kocaelispor 0:0

Karagümrük – Qalatasaray 1:3 Qollar: B.Kalayçı, 27 – Qabriel Sara, 1; 50. Osimhen, 55.

25 yanvar

Qaziantep – Konyaspor 1:1 Qollar: Soresku, 45+3 – Kramer, 88.

Antalyaspor – Gənclərbirliyi 2:1 Qollar: Sariç, 26. Van de Strek, 63 – Koita, 13.

Rizəspor – Alanyaspor 1:1 Qollar: Mihaila, 80 – Munye, 89.

Fənərbağça – Göztəpə 1:1 Qollar: Nene, 17 – Janderson, 24.

26 yanvar

Eyüpspor – Beşiktaş 2:2 Qollar: U.Bozok, 57. E.Akbaba, 65-pen – O.Kökçü, 6. C.Ünder, 76.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər