Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə Super Liqasının oyunları "CBC Sport" telekanalı vasitəsilə ilk dəfə olaraq ölkəmizdə yayımlanacaq. Lakin azarkeşlər bu həftə həmin oyunlardan heç birini izləyə bilməyəcək.Fanat.Az xəbər verir ki, bununla bağlı publika.az-a danışan kanalın baş redaktoru Şəmsəddin Abbasovun səbəb olaraq texniki məsələlərin hələ tam yekunlaşmamasını göstərib: "Türkiyə Super Liqası çərçivəsində keçirilən matçlar Azərbaycanda ilk dəfə olaraq “CBC Sport” kanalında yayımlanacaq. Bu barədə artıq müqavilələr imzalanıb. Lakin belə bir layihə ilk dəfə həyata keçirildiyi üçün texniki məsələlərdə bəzi çatışmazlıqlar mövcuddu. Bu səbəbdən Super Liqanın, çox güman ki, bu turu ölkəmizdə yayımlanmayacaq. Matçların hansı tarixdən etibarən yayımına başlanması isə sual altındadır. Bu məsələ texniki problemlərin yekunlaşma tarixinə bağlıdır. Tamaşaçılarımıza müraciət edərək səbrli olmalarını rica edirəm. Ümid edirik ki, ən yaxın zamanda oyunların yayımına start veriləcək”.Fanat.Az
Super Liqa oyunları bu həftə Azərbaycanda yayımlanmayacaq - SƏBƏB
TREND
Tv Afişa
11:09
29.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Azərbaycan futbolu
10:08
28.11.2026
Elvin Cəfərquliyev başladı... - "Qarabağ" sabahkı oyuna neçə itki ilə çıxacaq?
Futbol
00:53
24.11.2026
Bizdə var, onlarda yoxdur: Azərbaycan futboluna böyük tərif
Oxşar xəbərlər
Digər
23:25
26.11.2026
2028-ci ilin “Gənclər” və “İdman” paytaxtları müəyyənləşib
Digər
18:47
26.11.2026
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşdi
Digər
12:21
22.11.2026
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirildi
Digər
23:51
21.11.2026
İlham Zəkiyev Qran-pridə bürünc medala yiyələndi