Super Liqa klubu "Qəbələ"yə 4 qol vurdu

Super Liqa klubu "Qəbələ"yə 4 qol vurdu
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Yuri Syomin yetirmələrini Türkiyə klubu ilə oyunda sınayıb.
"Qəbələ"nin rəqibi "Konyaspor" olub. Oyuna yaxşı başlayan təmsilçimiz 8-ci dəqiqədə hesabı açıb. "Qəbələ"ni yeni transferi Rafael Santos önə keçirib. 31-ci dəqiqədə Yannik Kamanan fərqi artırıb. Bundan sonra "Konyaspor"u özünə gəlib və ilk yarıda bərabərliyi təmin edib. İkinci hissədə daha iki qol vuran türklər qələbə qazanıb - 4:2.
Qeyd edək ki, "Konyaspor" 1981-ci ildə yaradılıb. 1988-1993, 2003-2009, 2010-2011-ci illər aralığında Super Liqada çıxış edən komanda ötən mövsüm yenidən güclülər dəstəsinə vəsiqə qazanıb. "Qəbələ"nin rəqibi taxiri ərzində 3 dəfə 1-ci liqanın qalibi olub. Bir neçə gün əvvəl Aleksandr Qlebi heyətinə qatan Konya təmçilsində Kamerun, Yunanıstan, Çad, İslandiya, Anqola, Çexiya, Xorvatiya və Serbiyadan legionlər oynayır. Mesut Bakkalın başçılıq etdiyi komanda cari mövsümün ilk yarısını 20 xalla 13-cü pillədə başa vurub. 
Onu da qeyd edək ki, "Qəbələ" Türkiyədəki ilk iki oyununda "Maltepespor"la (Türkiyə) heç-heçə edib (1:1), "Tobol"a (Qazaxıstan) qalib gəlib (2:1). Yuri Syomin yetirmələrini bundan sonra Qazazıstanın "Spartak" (20 yanvar), Rusiyanın "Volqa" (22 yanvar) və Rusiyanın "Torpedo" (25 yanvar) klubları ilə oyunda sınayacaq.
Yoxlama oyunu
16 yanvar 
Qəbələ (Azərbaycan) - Konyaspor (Türkiyə) 2:4
Qollar: Rafael Santos, 9. Yannik Kamanan, 31.
Qəbələ: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, Rafael Santos, İbrahima Niasse, Nizami Hacıyev, Dodo, Nuran Qurbanov, Viktor Mendi, Yannik Kamanan, Daniel Subotiç.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər