I Divizionda XXVI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha 3 görüş baş tutub.
Üç qolun qeydə alındığı “Şamaxı-2” – “İmişli” matçında meydan sahibləri qələbə qazanıblar. “Qəbələ-2” doğma meydanda “Qaradağ Lökbatan”a, “Sumqayıt-2” isə “Zaqatala”ya minimal hesabla uduzub.
I Divizion XXVI tur 24 aprel
“Turan Tovuz-2” – “Səbail-2” 0:2 Qollar: Taleh Qarayev, 71; 90+3. Tovuz şəhər stadionu, 15:00.
25 aprel
“Şamaxı-2” – “İmişli” 2:1 Qol: Rafət Aydınov, 2-öz qapısına. Asim Əlizadə, 43 – Rafət Aydınov, 15. Şamaxı şəhər stadionu, 15:00.
“Qəbələ-2” – “Qaradağ Lökbatan” 0:1 Qol: Mehdi Həşumov, 19. Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Sumqayıt-2” – “Zaqatala” 0:1 Qol: İbrahim Qədirzadə, 26. “Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
26 aprel
“Araz Naxçıvan” – “Mingəçevir” Naxçıvan Muxtar Respublika stadionu, 14:00.
“Zirə-2” – “Neftçi-2” Binə qəsəbə stadionu, 15:00.