Sumqayıtda və Premyer Liqada anti-rekord

Sumqayıtda və Premyer Liqada anti-rekord

Premyer Liqanın V turunda azarkeş sayına görə mövsümün anti-rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, turun 5 oyununu cəmi 6000 nəfər izləyib. Bu orta hesabla hər matça 1200 nəfər deməkdi.

Ən çox azarkeş "Sumqayıt" - "Rəvan" matçına toplaşıb - 1700 nəfər. Ən az tamaşaçı isə "İnter"lə "Simurq" matçına gəlib. Bu oyun cəmi 600 nəfərin marağına səbəb olub.

Sumqayıt - Rəvan (1700 tamaşaçı)

Qarabağ - AZAL (1500 tamaşaçı)

Qəbələ - Xəzər Lənkəran (1200 tamaşaçı)

Bakı - Neftçi (1000 tamaşaçı)

İnter - Simurq (600 tamaşaçı)

Cami mövsümdə Sumqayıtda keçirilən oyunlarda da anti-rekord qeydə alınıb. Belə ki, bundan əvvəlki iki qarşılaşmanın birində stadiona 5000, digərində 6000 min insan toplaşmışdı. Görünür autsayder "Rəvan"la oyun azarkeşlərin marağına səbəb olmayıb.

Ümumilikdə Premyer Liqanın V turunun 25 oyununu oyunlarını 49650 (I tur 8500, II tur 10600, III tur 1110, IV tur 13450, V tur 6000) nəfər izləyib ki, bu da hər oyuna orta hesabla 1986 nəfər deməkdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər