Topaz Premyer Liqasında XXV turun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, turun oyunları 2 gün ərzində keçiriləcək.
Tura martın 8-də, saat 14.00-da başlayacaq "Sumqayıt" - "İnter" oyunu ilə start veriləcək. Bir saat sonra "Rəvan" - "Xəzər Lənkəran", 16.00-da AZAL - "Simurq" matçları başlayacaq.
Martın 9-da əvvəlcə "Qəbələ" - "Neftçi" qarşılaşması başlayacaq - 13.00. Tura saat 18.00-da startı veriləcək "Qarabağ" - "Bakı" matçı ilə yekun vurulacaq.
8 mart
Sumqayıt - İnter
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 14.00.
Rəvan - Xəzər Lənkəran
"Bayıl Arena". Saat 15.00.
AZAL - Simurq
"AZAL Arena". Saat 16.00.
9 mart
Qəbələ - Neftçi
Qəbələ şəhər stadionu. Saat 13.00.
Qarabağ - Bakı
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.
Fanat.az