"Sumqayıt" "Sabah"ın futbolçusunu transfer etdi

"Sumqayıt" "Sabah"ın futbolçusunu transfer etdi
2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü Albaniya "Bilis"ində icarədə keçirən, müqavilə ilə "Sabah”a məxsus olan mərkəz müdafiəçisi Eltun Turabovla müqavilə imzalayıb.
O, qarşıdakı mövsümdə "Sumqayıt"da icarə əsasında çıxış edəcək. 23 yaşlı futbolçu yeni komandasında "33” nömrəli formanı geyinəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər