“Sumqayıt” Almaniyadan futbolçu gətirdi

“Sumqayıt” Almaniyadan futbolçu gətirdi
“Sumqayıt”a Almaniyadan yeni futbolçu gəlib. Fanat.az xəbər verir ki, hazırda Ali Pala komandada baxışdan keçir.
Komandanın baş məşqçisi Aqil Məmmədov futbol11.az saytına bildirib ki, oyunçu hələ bir oyunda meydanda olub. Bundan sonrakı yoxlama görüşlərində də o heyətə buraxılacaq və durumu dəyərləndiriləcək: "İlk oyundan sonra demək olar ki, pis təsir bağışlamayıb. Amma, qərar vermək üçün tələsmək istəmirik. Ona görə də növbəti görüşlərdəki potensialına baxacağıq."
Qeyd edək ki, 1993-cü ildə Almaniyanın Baknanq şəhərində dünyaya göz açıb. 2009-2010-cu illərdə "Ştutqart"ın ikinci komandasında oynayan (9 oyun, 1 qol) hücumçu növbəti iki ildə "Ştutqart Kickers"in uğurları üçün çalışıb (33 oyun, 12 qol). 23 yaşlı Alinin son iş yeri "Qrobaşpax" olub (3 oyun).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər