Bakıda keçirilən "Formula-2” üzrə yarışın ilk qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Kampos” komandasının pilotu Cek Aitken bütün rəqiblərini geridə qoyub. "Art Grand Prix"dən Nik de Vries ikinci, "Motorsport”dan Yordan Kinq üçüncü olub.
20 iştirakçıdan 13-ü finişə çatmağı bacarıb. Yarış zamanı 2 qəza baş verib. "Trident”un pilotları Ralf Boşunqla Giliano Alesi bir-birinə problem yaradıblar. Onlar xoşagəlməz hadisə ilə startda üzləşiblər. Bolidi ciddi zərər görən Alesi yarışı vaxtından əvvəl bitirib.
Həmçinin məşhur pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer də qəzanın "qurban"ı olub. Beton səddə çırpılan almaniyalının bolidin arxası sıradan çıxıb və Mik mübarizəni dayandırıb.
Fanat.Az