"Spartak"ın baş məşqçisi: "Sabah"la oyun sərt alındı"

"Spartak"ın baş məşqçisi: "Sabah"la oyun sərt alındı"
Rusiyanın "Spartak-2" klubunun baş məşqçisi Aleksey Lunin Türkiyənin Antalya bölgəsində "Sabah"la keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Moskva təmsilçisinin rəsmi saytına danışan 52 yaşlı rusiyalı mütəxəssis matçın olduqca sərt alındığını vurğulayıb. 
"Oyun sərt alındı. Hər iki komanda hücuma köklənmişdi. Əlbəttə, yeni ilə qələbə ilə başlamaq istərdik, ancaq bununla belə, bütün tapşırıqları yerinə yetirdik. Növbəti görüşlərdə oyun səviyyəsini artırmağa çalışacağıq. Həm hücumda, həm də müdafiədə daha yaxşı çıxış edə bilərik" deyə o bildirib.
Qeyd edək ki, "Spartak-2" və "Sabah" komandaları arasında Antalyada baş tutan yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər