Spalletti bütün rəqiblərini qabaqladı

Spalletti bütün rəqiblərini qabaqladı

İtaliya A Seriyasında aprel ayının ən yaxı məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən çempionatın mətbuat xidməti yayıb.

Bu ada “Yuventus”un çalışdırıcısı Luçano Spalletti layiq görülüb. Turin təmsilçisi ötən ay onun rəhbərliyi altında “Cenoa”nı (2:0), “Atalanta” (1:0) və “Bolonya”nı (2:0) yenib, “Milan”la qolsuz heç-heçə edib.

Hazırda "qoca sinyora" A Seriyasının turnir cədvəlinin 4-cü pilləsində mövqe tutub.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər