Şotlandiya millisinin üzvü diskvalifikasiya edildi

Şotlandiya millisinin üzvü diskvalifikasiya edildi

Avropa çempionatının qrup mərhələsinin ilk turunda Almaniyaya qarşı keçirdikləri matçda Şotlandiya millisinin qırmızı vərəqə alan müdafiəçisi Rayan Porteusun cəzası açıqlanıb.

Fanat.Az xəbər verir ki, İlkay Gündoğana qarşı kobud oynadığı üçün meydandan qovulan 25 yaşlı futbolçu UEFA İntizam Komitəsi tərəfindən 2 oyunluq diskvalifikasiya edilib. 

Bu isə o deməkdir ki, Porteus AÇ-2024-ün qrup mərhələsində İsveçrə və Macarıstana qarşı oynaya bilməyəcək.

Xatırladaq ki, Almaniya - Şotlandiya matçı birincilərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər