Şotlandiya - Çexiya matçının ən yaxşısı bilindi

Şotlandiya - Çexiya matçının ən yaxşısı bilindi
AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Şotlandiya - Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, Çexiya yığmasının hücumçusu Patrik Şik bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı forvad bu matçda vurulmuş hər iki qolun müəllifi olub. Leverkuzen "Bayer”inin formasını geyinən Şikin 52-ci dəqiqədə meydanın mərkəzindən vurduğu ikinci qol çox baxımlı və yaddaqalan alınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər