SON! "Fənərbaxça" Çempionlar Liqasına getmir

SON! "Fənərbaxça" Çempionlar Liqasına getmir
Türkiyə Futbol Federasiyası avrokuboklara yollanacaq komandaların siyahısını təsdiqləyib. Fanat.az xəbər verir ki, bununla da "Fənərbaxça"nın Çempionlar Liqasına qatılmayacağı dəqiqləşib.
TFF Super Liqanı ikinci pillədə başa vuran "Qalatasaray"ın turnirə qrup, üçüncü pillənin sahibi "Beşiktaş" III təsnifat mərhələsindən başlayacaq.
Federasiya Super Liqanın 4-cüsü "Trabzonspor"un Avropa Liqasına play-off, 5-ci pillənin sahibi "Sivasspor"un III, Türkiyə Kubokunun finalçısı "Eskişəhərspor"un II təsnifat mərhələsindən başlayacağını elan edib. Lakin bir qədər sonra UEFA "Sivasspor"la "Eskişəhərspor"u Avropa Liqasından kənarlaşdırıb. İndi həmin klubları kimlərin əvəzləyəcəyi bilinmir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər