Sloveniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Sreçko Kataneç qarşıdakı iki oyun üçün 22 futbolçuya dəvət göndərib.
Onların arasında Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da var. Belə ki, Sloveniya yığmasının baş məşqçisi "Qəbələ"nin futbolçusu Deyan Kelharı yığmaya dəvət edib.
Qeyd edək ki, Sloveniya oktyabrın 11-də Norveçi qəbul edəcək, 4 gün sonra İsveçrənin qonağı olacaq.