“Skenderbeu” – “Neftçi” oyununun başlama vaxtı bilindi

“Skenderbeu” – “Neftçi” oyununun başlama vaxtı bilindi

Bakının “Neftçi” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun Albaniya təmsilçisi “Skenderbeu” ilə səfər görüşünün başlama saatına aydınlıq gəlib.

Belə ki, iyulun 23-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Neftçi”nin səfər oyunu Korça şəhərindəki “Skenderbeu” stadionunda baş tutmalıdır.

Qeyd edək ki, Bakıdakı 8-ci km stadionunda baş tutacaq ilk oyun isə iyulun 17-də keçiriləcək. Bu qarşılaşma 21:00-da başlayacaq. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər