Şimali Osetiyada Azərbaycan güləşçisinə ev verildi

Şimali Osetiyada Azərbaycan güləşçisinə ev verildi

Braziliyada keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı sərbəst güləş yarışlarında təmsil edən Xetaq Qazyumova Şimali Osetiyada ev verilib.

Report-un məlumatına görə, 97 kq çəkidə çıxış edən idmançıya təxminən 12 500 manat pul və iki otaqlı mənzilin açarı təqdim edilib.

Avqustun 31-də Şimali Osetiyanın "Vladiqafqaz" aeroportuna eniş edən idmançını yaxınları, qohumları və azarkeşlər qarşılayıb. Bundan sonra Şimali Osetiyanın rəhbərinin vəzifəsini müvəqqəti icra edən Vyaçeslav Bitarov idmançıya pul mükafatını və mənzilin açarını təqdim edib.

Qeyd edək ki, X.Qazyumov "Rio-2016"da Azərbaycana gümüş medal qazandırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər