Şimali İrlandiyanın Bakıya gələcəyi tarix dəqiqləşdi

Şimali İrlandiyanın Bakıya gələcəyi tarix dəqiqləşdi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycanın qonağı olacaq Şimali İrlandiya millisi bu gün Yeni Zelandiya ilə yoxlama oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı Maykl Onil bu görüşdə müxtəlif səbəblərdən bir neçə oyunçunun xidmətindən yararlana bilməyəcək.

 

 Konor Vaşinqton və Ceymi Uord yığmaya çağırılmayıbsa, müdafiəçi Kreyq Katkart britaniyalıların düşərgəsinə dünən gəlib. "Vest Bromviç"də top qovan Qaret Makauli bu gün Onilin sərəncamında olacaq.

 

Şimali İrlandiyanın Azərbaycana gələcəyi tarix də dəqiqləşib. Sabah Türkiyəyə yollanacaq, 4 gün qardaş ölkədə toplanış keçəcək Onilin komandası iyunun 8-də paytaxtımıza təşrif buyuracaq. Ertəsi isə Britaniya təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda son məşqinə çıxacaq.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu saat 20:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər