Premyer Liqaya qayıdan "Rəvan" transfer çalışmalarını davam etdirir. Fanat.az-ın əldə etdiyi məlumta görə, Bakı klubu iki sabiq legionerini geri qaytarır.
Belə ki, Şerif Suma və Samuel Barlay yenidən "Rəvan"da çıхış edəcək. Artıq hər iki futbolçu Bakıya gəlib. Hələlik danışıqlar prosesi gedir. Yəqin ki, yaхın günlərdə onlarla müqavilə imzalanacaq.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi Samuel Barlay 2010-cu ildə "Muğan"da (6 oyun, 1 qol), 2011-2013-cü illərdə "Rəvan"da (59 oyun, 5 qol), 2013/14-cü illərdə AZAL-da çıхış edib (25 oyun, 1 qol). 28 yaşlı müdafiəçi Şerif Suma isə 2011-2012-ci illərdə "Rəvan"ın şərəfini qoruyub (40 oyun, 1 qol).
Hər iki futbolçu Sierra Leone millisində çıхış edib. Barlay 17 (1 qol), Suma isə 30 (3 qol) dəfə milli formanı geyinib.
Fanat.az