"Şevçenko "Milan"da şahzadə idi, amma..." - Mourinyu

"Şevçenko "Milan"da şahzadə idi, amma..." - Mourinyu

“Roma”nın baş məşqçisi Joze Mourinyuo Andriy Şevçenko ilə “Çelsi”də işlədiyi dönəmi xatırladıb.

Fanat.Az xəbər verir ki, "Daily Maily" portuqaliyalı mütəxəssisun dediklərini belə təqdim edib:

“Şevçenko mənim ilk seçimim deyildi. Mən rəhbərlikdən başqa oyunçu istəmişdim. O vaxt klub istədiyim oyunçuları və ya onlardan heç olmasa birini almaq üçün hər şeyi etdi. Şevçenko mənə təklif olunanda isə razılaşdım, çünki o, şübhəsiz ki, keyfiyyətli oyunçudur. Şevçenko "Milan"da şahzadə kimi idi, amma şübhəsiz ki, “Çelsi”də fəlsəfə başqadır. Bizim bir neçə şahzadəyə ehtiyacımız var idi”.

Qeyd edək ki, Şevçenko "Çelsi"də 2006-2008-ci illərdə çıxış edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər