Şevçenko "Milan"da çalışa bilər? - Syomin cavablandırdı

Şevçenko "Milan"da çalışa bilər? - Syomin cavablandırdı

"Dinamo Kiyev" və "Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin "Cenoa" klubuna baş məşqçi təyin olunan Andrey Şevçenkonun İtaliyadakı gələcək karyerası barədə danışıb.

Fanat.Az xəbər verir ki, 74 yaşlı mütəxəssis Rusiya məbuatına açıqlamasında bildirib ki,  “Andrey Şevçenko italyan dilini bilir, ona görə “Cenoa”nı çalışdırmağı üzərinə götürüb. Andrey italyan mentalitetini və ölkəni çox gözəl tanıyır. Bu, onun böyük üstünlüyüdür. Dili yaxşı bilənləri İtaliyaya dəvət edirlər, biz də belə bir qayda tətbiq etməliyik. Hər bir xarici mütəxəssis rus dilini bilməlidir. Andrey "Cenoa"da mütləq uğur qazanacaq".

Rusiyalı mütəxəssis Şevçenkonun gələcəkdə "Milan"ın baş məşqçisi olma ehtimalını da şərh edib: "Hələlik “Cenoa”da yaxşı iş görsün. Gələcəkdə onun "Milan"ın baş məşqçisi olmaq imkanı olacaq, çünki Şevçenko bir çox titullar qazanmış böyük futbolçudur. Hazırda hər şey onun "Cenoa"dakı fəaliyyətindən asılıdır. Şevçenkonun "Milan"a rəhbərlik etməsi üçün yaxşı şansları var.”

Xatırladaq ki, Andret Şevçenkonun "Cenoa"da debüt oyunu noyabr ayının 20-si öz meydanında "Roma"ya qarşı baş tutacaq. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər