Şevçenko Milan derbisində videomüraciət etdi

Şevçenko Milan derbisində videomüraciət etdi

Ötən gecə “San Siro”da keçirilən İtaliya kubokunun “Milan” – “İnter” matçı başlamazdan əvvəl stadionun böyük ekranında Ukrayna müharibəsi ilə bağlı təsirli videomüraciət yayımlanıb.

Fanat.Az xəbər verir ki, "Milan"ın əfsanəsi, ukraynalı Andrey Şevçenko italiyalılara müraciət ünvanlayıb. 

"Əziz italyan dostlar, xahiş edirəm, Ukraynada sülhə dəstəyinizi "San Siro"dan bildirin. Ukrayna xalqı sülh istəyir, çünki sülhün sərhədləri yoxdur. Bizi birləşdirən dəyər bizi ayırandan güclü olmalıdır. Gəlin bu müharibəni birlikdə dayandıraq. Hamıya salamlar".

Şevçenkonun müraciətini hər iki komandanın üzvləri, eləcə də azarkeşlər alqışlarla qarşılayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər