Serbiyalı vinger Azərbaycan yolunda - Danışıqlar başladı

Serbiyalı vinger Azərbaycan yolunda - Danışıqlar başladı

Serbiyalı vinger Luka Bulatoviç karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu hazırda "Şamaxı" ilə danışıq aparır. 

Son klubu bu yay ayrıldığı Şimali Makedoniya "Pelister"i olan Lukanın "aslanlar"a qoşulub-qoşulmayacağı hələ dəqiqləşməsə də, keçidin reallaşmaq ehtimalı yetərincə yüksəkdir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, "Şamaxı" yeni mövsümə "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovun rəhbərliyi altında hazırlaşır. 

Toğrul   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər