Bir sıra Rusiya klublarında çıxış etmiş serbiyalı hücumçu Corce Despotoviç vətəndaşlığını dəyişir. Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun agenti Yuri Qorbenko "Match TV"-yə bildirib. O, Despotoviçin Rusiya vətəndaşlığını almaq üçün ilin sonunda müvafiq sənədləri təqdim edəcəyini bildirib: "Corce Rusiya Federasiyasının vətəndaşı kimi pasport almaq niyyətindədir, çünki onun rus arvadı və uşağı var. İlin sonunda vətəndaşlıq üçün müraciət edəcək. Karyerasına gəlincə, o, indi komandasızdır. Moskvada məşq edərək fiziki hazırlığını təkbaşına saxlayır. Qışda o, komandalardan biri ilə təlim-məşq toplanışına getməyi planlaşdırır. Despotoviçin adını yenə eşidəcəksiniz”. 31 yaşlı Despotoviç karyerasına 2018-ci ildə Rusiyada "Orenburq"da başlayıb, daha sonra 2020-ci ildə "Rubin"ə keçib. Son klubu bu ilin iyulunda tərk etdiyi Tula "Arsenal"ı olan futbolçu Serbiyanın əsas millisində oynamayıb. O, U-21 millisində 12 oyun keçirib. Despatoviç ümumilikdə Rusiya Premyer Liqasında 88 oyun keçirib, 28 qol vurub və 10 məhsuldar ötürmə edib. Mirağa
Serbiyalı qoleador Rusiya vətəndaşlığı alır - AÇIQLAMA
TREND
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Dünya futbolu
17:32
15.10.2026
"İnter" kapitanının sıradan çıxdığını açıqladı
Dünya futbolu
16:56
15.10.2026
Madrid təmsilçisi Sançoya təklif göndərdi
Dünya futbolu
16:37
15.10.2026
"Arsenal"dan müdafiə xətti üçün mühüm addım
Dünya futbolu
15:59
15.10.2026
Messinin uğurlu seriyası başa çatdı, "İnter Mayami" isə...