Serbiya millisinin vingeri İngiltərə klubundan təklif aldı

Serbiya millisinin vingeri İngiltərə klubundan təklif aldı

Frankfurt "Ayntraxt"ının və Serbiya millisinin vingeri Filip Kostiç karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Mənbə "Vest Hem"in Kostiç üçün Almaniya klubuna rəsmi təklif göndərdiyini açıqlayıb. Xəbərə görə, 29 yaşlı vingerin iş yerini dəyişmək ehtimalı yüksəkdir. Tərəflərin danışıqları davam etdirdiyi vurğulanıb.

Qeyd edək ki, Kostiçin müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 24 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər