Serbiya derbisi baş tutmaya bilər: Xuliqanlar stadionu yandırdılar - VİDEO

Serbiya derbisi baş tutmaya bilər: Xuliqanlar stadionu yandırdılar - VİDEO

Serbiya çempionatının 9-cu turu çərçivəsində “Srvena Zvezda” ilə oyunöncəsi bir qrup naməlum şəxs “Partizan”ın meydançasını yandırıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Vreme” məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə ötən gecə baş verib. Bir qrup naməlum şəxs stadiona daxil olub. Onlar sahəni yandırmaq üçün tezalışan mayedən istifadə ediblər. Bundan sonra onlar şüşə qırıqlarını sahəyə səpələyiblər.

 

Klub bütün lazımi məlumatları hüquq-mühafizə orqanlarına təhvil verib. Klub əməkdaşları meydançanın bərpası üçün çalışırlar.

“Əbədi derbi”nin bu gün - sentyabrın 23-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutması planlaşdırılır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər