Roma 2020: Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Roma 2020: Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub. Fanat.Az Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb. Yığmamız qitə birinciliyində 5 medal qazanıb. Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib. Bu nəticəylə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk "3-lüy"ü 95 xal yığan Gürcüstan qapayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər