Sentyabrda De Rossini qovan "Roma" Yuriçlə də vidalaşdı

Sentyabrda De Rossini qovan "Roma" Yuriçlə də vidalaşdı

"Roma" baş məşqçisi İvan Yuriçlə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı "canavarlar"ın mətbuat xidməti yayıb. 

Yeni baş məşqçinin adının yaxın günlərdə açıqlanacağı bildirilib. 

13 xalı olan "Roma" İtaliya A Seriyasının turnir cədvəlində 12-ci yerdədir. 

Paytaxt klubu sentyabrın 18-də baş məşqçisi Daniele De Rossi ilə vidalaşaraq onun yerinə Yuriçi gətirmişdi.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər