Seneqallı forvard "Qalatasaray"a qayıtmaq istəyir

Seneqallı forvard "Qalatasaray"a qayıtmaq istəyir

"Brügge”nin hücumçusu Mbaye Dianye koronavirus pandemiyasının Belçikadakıfəsadları üzündən Türkiyəyə qayıtmaq istəyir.
Fanat.Az "Fanatik”ə istinadən xəbər verir ki, Belçika komandasında icarə əsasında top qovan Dianye "Qalatasaray” rəhbərliyinə "mənə yardım edin. Türkiyəyə qayıtmaq istəyirəm” mesajı göndərib.
Mənbəyə inansaq, bu mövsüm "Brügge” formasıyla çıxdığı 6 çempionat matçında 4 qol vuran seneqallı Fransa və İngiltərə klublarının da maraq dairəsinə düşüb. Lakin o, israrla məhz sabiq komandasına – "Qalatasaray”a dönmək niyyətindədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər