“Şəmkir” Azərbaycan çempionatında iştirak etməyəcək - RƏSMİ

“Şəmkir” Azərbaycan çempionatında iştirak etməyəcək - RƏSMİ

“Şəmkir” 2017/18 mövsümündə futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış etməyəcək.

Bu barədə “Report”a Şəmkir Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. İmtinaya səbəb yerli gəncləri tapmaq və gələcəkdə qurulacaq komandanın əsas özəyini formalaşdırmaqdır. Bu məqsədlə mükafat fondu 9500 manat olan (I yer – 5 min, II yer 3 min, III yer – 1500 manat) rayon birinciliyinə start verilib. Turnir 4 qrupdan ibarət olmaqla, 16 komandanın iştirakı ilə keçirilir.

“Şəmkir”in 2018/19 mövsümündə yenidən I divizionda iştirakı planlaşdırılır.

Qeyd edək ki, “Şəmkir” ötən mövsüm 48 xalla 6-cı yeri tutub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər