Gələn il Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başa çatdı. Artıq qitə birinciliyində iştirak edəcək 20 komandanın adı dəqiqləşib. Qalan 4 komanda isə "pley-off"dan sonra məlum olacaq.
Fanat.az seçmə mərhələdə iştirak edən 53 komandanın reytinqini hazırlayıb. Cədvəldə komandalar topladıqları хallara uyğun mövqe tutub. Xalı eyni olan komandaların top fərqinə diqqət yetirilib.
Azərbaycan millisi 40-cı pillədə qərarlaşıb. 6 хal toplayan yığmamız Farer adaları, Qazaxıstan, Latviya, Lixtensteyn, Makedoniya, Luksemburq, Moldova, Ermənistan, Malta, San Marino, Andorra və Cəbəllutariq kimi Avropanın daimi autsayder komandalarını, həmçinin 3 хalı silinən Serbiya millisini qabaqlaya bilib.
Siyahıya İngiltərə başçılıq edir. Bu komanda keçirdiyi 10 oyunda maksimum nəticəyə imza atıb. Onları 28 хal toplayan Avstriya izləyir. İlk "üçlüy"ü 27 хalla son Avropa çempionu İspaniya qapayır.
| 1 | İngiltərə | 10 | 10 | 0 | 0 | 31-3 | 30 |
| 2 | Avstriya | 10 | 9 | 1 | 0 | 22-5 | 28 |
| 3 | İspaniya | 10 | 9 | 0 | 1 | 23-3 | 27 |
| 4 | İtaliya | 10 | 7 | 3 | 0 | 16:7 | 24 |
| 5 | Belçika | 10 | 7 | 2 | 1 | 24-5 | 23 |
| 6 | Almaniya | 10 | 7 | 1 | 2 | 24:9 | 22 |
| 7 | Slovakiya | 10 | 7 | 1 | 2 | 17-8 | 22 |
| 8 | Çexiya | 10 | 7 | 1 | 2 | 19-14 | 22 |
| 9 | Polşa | 10 | 6 | 3 | 1 | 33:10 | 21 |
| 10 | Şimali İrlandiya | 10 | 6 | 3 | 1 | 16:8 | 21 |
| 11 | Uels | 10 | 6 | 3 | 1 | 11-4 | 21 |
| 12 | Portuqaliya | 8 | 7 | 0 | 1 | 11:5 | 21 |
| 13 | Rusiya | 10 | 6 | 2 | 2 | 21-5 | 20 |
| 14 | Xorvatiya | 10 | 6 | 3 | 1 | 20:5 | 20 |
| 15 | İslandiya | 10 | 6 | 2 | 2 | 17-6 | 20 |
| 16 | Rumıniya | 10 | 5 | 5 | 0 |